Mövqelərimiz iriçaplı pulemyotlardan atəşə tutuldu
09:49 02 Sentyabr 2020
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub.
Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Ağdam kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində, Yeğeqnadzor rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Kürdlər, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Femida.az
Oxunub: 1376
Oxşar xəbərlər
- DSX: "Ermənistan hərbçisinin Azərbaycanın atəşkəsi pozması nəticəsində yaralanması yalandır"
- Ukrayna və Rusiya mayın 5-7-də atəşkəsə dair razılığa gəliblər
- Qarabağda qanunsuz erməni silahlı birləşmələri atəşkəs rejimini pozub
- Putinin Ukraynada atəşkəsin əldə edilməsi ilə bağlı 6 tələbi məlum olub
- Nazir: "Türkiyə Ukraynada 24 saatlıq atəşkəs təklif edir"
- Xələf Xələfov Rusiya sülməramlılarının olduqları ərazilərdə atəşkəsin pozulmasından danışıb
- Vladimir Putin Ukrayna ilə atəşkəsin əldə olunması üçün ilkin şərtləri açıqlayıb
- Ermənistan Tovuzu atəşə tutdu
- Avropa Şurası Azərbaycan və Ermənistanı atəşkəsə çağırdı
- Ermənilər Kəlbəcər, Tovuz, Gədəbəy və Ağstafanı atəşə tutub