Zaqatalada tanışını öldürən şəxs məhkəmə qarşısına çıxarılır


14:11     02 Sentyabr 2020 1398947325_mehkeme3.jpg

Bu il mayın 14-də Zaqatala rayonu ərazisində İlyas İlyasova bıçaq zərbələri vurularaq qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə Zaqatala rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Bu barədə "Report"a Zaqatala Rayon Prokurorluğundan məlumat verilib.

İstintaqla zərərçəkmişin tanışı Əliməmməd Əliməmmədovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək İlyas İlyasovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilmiş, hadisə yerinə baxış keçirilmiş, maddi sübutlar götürülmüş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Açar sözlər:

Oxunub: 968