DİM-dən rezidentura ilə bağlı müraciət


14:57     02 Sentyabr 2020 2019/01/dim_yeni_1548059111.jpg

Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının II mərhələsinə hazırlaşan namizədlərə müraciət edib.

DİM-dən Femida.az-a verilən məlumata görə, DİM otk.az portalına rezidenturaya qəbul imtahanının II mərhələsi (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi) üzrə ayrı-ayrı istiqamətlərə aid yeni sınaq imtahanı əlavə edib. Namizədlər imtahana buradan yazıla bilərlər.

Onlayn sınaq imtahanı vermək istəyənlər otk.az portalında qeydiyyatdan keçib və günün istənilən vaxtında biliklərini yoxlaya bilərlər.

Onlayn imtahan başa çatan kimi imtahan nəticələrini əldə etmək, yenidən test tapşırıqlarına baxmaq, onları təhlil edə, yazılan cavablarla düzgün cavabları müqayisə etmək mümkündür.

Portalda qeydiyyatdan keçmək və imtahana yazılmaq qaydaları ilə “otk.az”da “Təlimatlar” bölməsində tanış olmaq mümkündür.

Femida.az

Açar sözlər:

Oxunub: 1080