Rusiya Azərbaycan əsilli qadını İnterpol xətti ilə axtarır


18:39     02 Sentyabr 2020 20_09_02_1599057163.jpg

Rusiya hüquq-mühafizə orqanları Azərbaycanda doğulmuş qadını beynəlxalq axtarışa verib.


Femida.az -IN məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunub ki, Rusiya vətəndaşı, 1969-cu ildə Azərbaycanın Qusar rayonunda anadan olmuş Ragilya Hacıağayeva terror təşkilatının fəaliyyətində iştirak etməkdə təqsirləndirilir.

Rusiya hüquq-mühafizə orqanları onun barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət olunub.

Açar sözlər:

Oxunub: 1222