Rusiya daha üç ölkəyə uçuşları bərpa edir


10:21     03 Sentyabr 2020 20_09_03_1599114258.jpg

Rusiya hökuməti daha üç ölkəyə uçuşların bərpa edilməsini qərara alıb.

Femida.az -ın TASS-a istinadən verdiyi məlumata görə, Rusiya Misir, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Maldiv adalarına aviareysləri bərpa edir.

Qahirəyə (Misir) uçuşlar, həftədə 3 dəfə, Duba (BƏƏ) və Velana hava limanına (Maldiv adaları) isə həftədə 2 dəfə yerinə yetiriləcək.

Eyni zamanda Rusiyadan İsveçrəyə uçuşlar həftədə 1 dəfədən 4 dəfəyədək artırılacaq.

Qeyd edək ki, avqustun 1-dən etibarən Rusiyadan Türkiyə, Böyük Britaniya və Tanzaniyaya uçuşlar edilib.

Açar sözlər:

Oxunub: 908