Tələbə qızın zəhərlənərək ölməsi ilə bağlı cinayət işi məhkəməyə göndərilib
10:59 03 Sentyabr 2020
Ötən il noyabrın 21-də Bakı Dövlət Universietinin 2 saylı yataqxanasında universitetin tələbələri - 1999-cu il təvəllüdlü Şəkər Xasmətovanın zəhərlənərək vəfat etməsi, 1998-ci il təvəllüdlü Dilrubə Quliyeva və Həmidə İbadovanın isə zəhərlənərək həyat üçün təhlükəli olan ağır zərər vurmaya aid xəsarət almaları faktı ilə bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmaqla Baş Prokurorluğun İstintaq İdarəsində istintaq aparılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, istintaqla yataqxananın komendantı və tələbə şəhərciyinin direktoru vəzifəsini icra edən Pərvaz Əsgərovun işinə və xidməti vəzifəsinə vicdansız və laqeyd münasibət bəsləyib vəzifəsini yerinə yetirməyərək yataqxananın birinci mərtəbəsində yerləşən ümumi hamam otağında özbaşına axar su qızdırıcılarının və onlara birləşdirilmiş tüstü bacalarının düzgün quraşdırılmasını, onlara müvafiq texniki xidmət göstərilməsini təmin etməyərək ehtiyatsızlıqdan 2 nəfərin ağır zərər vurmaya aid xəsarət almalarına, 1 nəfərin isə ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
2 sentyabr 2020-ci il tarixdə cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilib.
Oxunub: 951
Oxşar xəbərlər
- Tələbəni vurub öldürən avtobus “BakuBus”a məxsus imiş
- Tələbələrin köçürülməsi üzrə nəticələr açıqlanıb
- Tələbələrə şad xəbər: Fevralın 16-dan başlayacaq
- Tələbələrin təqaüdü artırıldı - SƏRƏNCAM
- Tələbələrin universitetə girişi belə tənzimlənəcək
- Tələbə krediti ilə bağlı tələb və güzəştlər məlum olub
- Tələbələrin COVID-19 pasportunun olması tələb olunacaq
- Tələbələrin köçürülməsinin qaydaları açıqlanıb
- Tələbələrin köçürülməsi üzrə nəticələr açıqlanıb
- Tələbə qız özünü dənizə ataraq intihar edib