“Şəkili Sayka” ləqəbli şəxs saxlanılıb


11:12     03 Sentyabr 2020 20_09_03_1599114609.jpg

Abşeronda üzərində odlu silah gəzdirən “Şəkili Sayka” ləqəbli şəxs saxlanılıb.

APA-nın yerli bürosunun məlumatına görə, Abşeron rayonu Mehdiabad Polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Abşeron rayon sakini, “Şəkili Sayka” ləqəbli 38 yaşlı Seymur Məmmədov şübhəli şəxs qismində tutulub. Üzərinə baxış keçirilən zaman ondan sellofona bükülü halda “Toz 8” markalı odlu silah və 6 güllə aşkar olunub. O, saxlanılaraq istintaqa cəlb olunub.

Araşdırma zamanı məlum olub ki, Seymur Məmmədov həmin silahı Xırdalan şəhərində tanışına 500 manata satmaq istəyirmiş. O, əvvəllər də quldurluq və dələduzluq maddələri ilə məhkumluq həyatı yaşayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Açar sözlər:

Oxunub: 890


Oxşar xəbərlər