Azərbaycan qazının Avropaya sınaq nəqli başladı


16:48     03 Sentyabr 2020 20_09_03_1599137343.jpg


Azərbaycanın "Şahdəniz-2" qaz-kondensat yatağından çıxarılan təbii qaz Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsi ilə Avropaya test rejimində daşınmasına başlanılıb.

Qaz Türkiyə-Yunanıstan sərhədində birləşən Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə Adriatik dənizini keçəcək və İtaliyaya qədər çatdırılacaq.

Mənbələr TAP-a test üçün və hətta xətdə qalacaq qədər sınaq məqsədilə qazın vurulduğunu, eyni zamanda TAP-ın 2021-ci ilin I rübündə tam gücü ilə fəaliyyət göstərəcəyini bildiriblər.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 1317