Yol polisindən tibbi çantalarla bağlı sürücülərə XƏBƏRDARLIQ


18:08     03 Sentyabr 2020 2020/09/1599141674265_YrYwpfNQ_1599142160.jpeg

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi avtomobil sahiblərinə və sürücülərə nəqliyyat vasitələrində xüsusi komplektləşdirilmiş dərman qutularının vacibliyini xatırladıb.

İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Femida.az-a açıqlamasında qeyd edib ki, idarə edilən istənilən növ nəqliyyat vasitəsində xüsusi komplektləşdirilmiş dərman qutularının olması vacib şərtdir:

“Bu, "Yol hərəkəti haqqında" qanunla tənzimlənir. Nəqliyyat vasitəsində dərman qutularının olmamasına görə inzibati xəta tərkibi yaradır və sürücülər 10 manat cərimə edilir. Ayrıca hər bir hərəkət iştirakçısı dərman qutularında olan dərman preparatları ilə baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı ilkin tibbi yardım göstərməyi də bacarmalıdır”.

Femida.az

Açar sözlər:

Oxunub: 1159