Suraxanıda evdə yanğın olub


18:49     03 Sentyabr 2020 yangin_38673636.jpg

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 60 m2 olan birmərtəbəli evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 10 m2 sahədə yanıb.

Femida.az FHN-ə istinadən xəbər verir ki, evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 1219