Bələdiyyə sədrinə cinayət işi açıldı
11:45 04 Sentyabr 2020
Ölkəmizdə həyata keçirilən islahatlara kölgə salan vəzifəli şəxslər tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək qanun pozuntuları törədilməsi hallarına qarşı prokurorluq orqanlarının mübarizə tədbirləri davam etdirilir.
Bu barədə İsmayıllı Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, həmin tədbirlərdən biri kimi, İsmayıllı rayon Tircan bələdiyyəsinin sədri Əhməd Çələbiyevin bələdiyyə sədri işlədiyi dövrdə qanunsuz hərəkətləri barədə daxil olmuş müraciət əsasında İsmayıllı rayon prokurorluğunda araşdırma aparılıb.
Aparılan araşdırmalarla Əhməd Çələbiyevin 2016-2020-ci illər ərzində bələdiyyə sədri vəzifəsində işləyən zaman bələdiyyəyə məxsus 65 hektar torpaq sahəsini yalan məlumatlar daxil etməklə tərtib etdiyi icarə müqaviləsi əsasında 3 il müddətinə Əflatun Həsənova verməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir
Oxunub: 1046
Oxşar xəbərlər
- Bakıda keçmiş bələdiyyə sədri və bacısının məhkəməsi başlayır
- Neftçalada sabiq və indiki bələdiyyə sədrlərinə cinayət işi başlanılıb
- Azərbaycanda bələdiyyələrin siyahısında dəyişiklik edilib
- Keçmiş bələdiyyə sədri zəhərlənmədən ölüb
- Qazaxda ağacların qanunsuz kəsilməsi ilə bağlı bələdiyyə sədrinə cinayət işi açılıb
- Azad olunmuş ərazilərdə bələdiyyələrin yaradılması təklif edilir
- Bakıda özlərini Qarabağ qazisi kimi təqdim edən şəxslər bələdiyyə üzvlərini döyüb
- "Ata Abdullayevə quzu təklif etdim, razılaşmadı, 10 min manat istədi" - Bələdiyyə sədri
- Quba bələdiyyəsinin sabiq sədr müavini 30 min manatı ələ keçirib - RƏSMİ
- Ağcabədidə bələdiyyə sədrinin cinayət işi məhkəməyə göndərilib