Vilayət Eyvazov DYP-yə yeni rəis təyin etdi


12:22     04 Sentyabr 2020 2019/07/vilayet-eyvazov8_1562149175.jpg

Daxili işlər orqanlarında yeni təyinat olub.

"Report" xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Sabirabad rayon Dövlət Yol Polisinin (DYP) rəisi, polis mayoru Elşən Əvəz oğlu Əzizov vəzifəsindən azad edilib.

Nazirin digər əmri ilə o, Biləsuvar rayonu DYP rəisi vəzifəsinə təyin olunub.

Xatırldaq ki, E.Əzizov əvvəl Lənkəran rayonu DYP bölməsinin rəisi vəzifəsində çalışıb. Bir neçə ay bundan əvvəl Daxili İşlər nazirinin müvafiq əmri ilə Sabirabad rayonu DYP bölməsinin rəisi vəzifəsinə təyin edilmişdi.

Açar sözlər:

Oxunub: 978