Müdafiə nazirləri razılaşdı, birgə təlimlər keçiriləcək


16:30     04 Sentyabr 2020 2020/09/photo-1599220498_1599222694.jpg

MDB, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan ölkələrin müdafiə nazirləri terrorizmə qarşı mübarizədə əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.

Femida.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə naziri Sergey Şoyqu bildirib.

Onun sözlərinə görə, bu qurumların ilk birgə təlimləri “Qafqaz - 2020” çərçivəsində baş tutacaq.

"Sentyabr ayının sonunda “Qafqaz -2020” strateji komanda-qərargah təlimində terrorizmlə mübarizə üzrə ortaq tapşırıqların işlənməsi təklif edildi", - deyə Şoyqu Rusiyada keçirilən MDB, ŞƏT və KTMT-nın müdafiə nazirlərinin birgə iclasının yekunları barədə danışarkən bildirib.

O əlavə edib ki, müdafiə nazirləri birgə kommünikedə terrorizm və ekstremizmə qarşı mübarizəni prioritet adlandırıblar.

İlk birgə təlimlərin hansı formatda baş tutacağı hələ dəqiqləşdirilməyib.

Qeyd edək ki, Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov da həmin iclasda iştirak edib.

Femida.az

Açar sözlər:

Oxunub: 1225