Enerji Məsələləri Dövlət Agentliyi 325 vətəndaşın müraciətinə baxıb


21:55     04 Sentyabr 2020 20_09_04_1599231379.jpg

Bu ilin avqust ayında elektrik enerjisi, qaz təchizatı, istilik təchizatı və digər sahələr üzrə istehlakçı hüquqlarının qorunması ilə bağlı Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyinə birbaşa və Nazirlik vasitəsilə ümumilikdə 325 müraciət daxil olub.


Bu barədə Femida.az-a Nazirlikdən bildirilib.

Məlumata görə, müraciətlərin 260-ı elektrik enerjisi, 55-i təbii qaz təchizatı, 2-si istilik təchizatı, 8-i isə digər məzmunlu məsələlərlə bağlı olub.

Müraciətlərin 4-ü Energetika Nazirliyi ilə müştərək icra edilib, 21 məlumat xarakterli müraciətdən 9-u qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub. 178 müraciət hazırda icra olunmaqdadır, 126 müraciəti isə Enerji Məsələlərini Tənzimləmə Agentliyi araşdıraraq cavablandırıb. 3 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti quruma göndərilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1414