Bakıda bu küçə əsaslı şəkildə yenidən qurulub
10:03 05 Sentyabr 2020
Ölkə başçısının tapşırığına əsasən, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində həyata keçirilən yol infrastrukturu layihələri çərçivəsində Nərimanov rayonunun Əliyar Əliyev küçəsi müasir şəkildə yenidən qurulub.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, uzunluğu 2500 metr təşkil edən küçə Heydər Əliyev və Ziya Bünyadov prospektlərini birləşdirməklə şəhərin nəqliyyat axınına müsbət təsir edir, ərazidə tıxac və ləngimələrin aradan qaldırılması baxımından alternativ yol olaraq mühüm əhəmiyyətə malikdir.
Aparılan yenidənqurma işləri zamanı küçə boyu asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, mövcud piyada səkiləri bərpa olunub, zəruri yerlərdə yeniləri inşa edilib, üzərinə tamet daşlar döşənib, küçə boyu hər bir tərəfdə yeni səki daşları düzülüb, xüsusi parkinq yerləri yaradılıb.
Layihə çərçivəsində səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi bərpa olunub, yeni yağış barmaqlıqları quraşdırılıb, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunub.
Daha sonra küçəyə iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyü döşənib, küçə zəruri yol nişanları, üfiqi nişanlanma xətləri və piyada zolaqları ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.
Kəsişmə və yol ayrıcılarında təhlükəsizlik adacıqları vasitəsi ilə Avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkəti təmin edilib.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən yenidənqurma işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin şəxsi nəzarəti altında aparılıb.
Qeyd edək ki, vətəndaşların mənzil başına vaxt itirmədən, rahat və təhlükəsiz şəkildə çatmasını təmin etmək istiqamətində ölkə başçısının tapşırığına əsasən, agentlik tərəfindən 2019-cu ildə Nərimanov rayonu ərazisində 11 min metr uzunluğunda olan küçə və yol təmir edilib. 2020-ci ilin investisiya proqramına uyğun olaraq, rayon ərazisində təmirə ehtiyacı olan 9150 metr uzunluğa malik küçə və yollarda genişmiqyaslı təmir-tikinti işləri aparılıb.
Femida.az
Oxunub: 2155
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda faciə: Ölənlər var
- Bakıda 16 yaşlı gənc sinəsindən bıçaqlanıb