Gürcüstan XİN Azərbaycana dəvət göndərib


13:05     05 Sentyabr 2020 gurcustan%20azerbaycan.jpg

Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) ölkədə parlament seçkilərinin tarixi elan olunandan sonra beynəlxalq müşahidəçilərin göndərilməsi ilə bağlı ümumilikdə 50 ölkəyə dəvət göndərib.

Bu barədə XİN-dən bildirilib.

Qeyd olunub ki, dəvət məktubları Avropa İttifaqı, NATO, GUAM təşkilatına üzv (Ukrayna, Azərbaycan, Moldova), tərəfdaş ölkələrlə yanaşı, beynəlxalq təşkilatlara da təqdim olunub.

Məktublarla yanaşı, pandemiya dövründə beynəlxalq müşahidəçilərin Gürcüstan ərazisinə daxil olması ilə bağlı xüsusi protokollar da göndərilib.

Qeyd edək ki, qonşu ölkə parlamentinə seçkilər oktyabrın 31-nə təyin olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 1386