Yevlaxda intihara cəhdin qarşısı alındı


16:02     05 Sentyabr 2020 intihar3.jpg

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Yevlax şəhərində 1 nəfər körpünün üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Femida.az FHN-ə istinadən xəbər verir ki, Aran Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1275