Zakir Həsənov Pakistan Silahlı Qüvvələrinin Qərargah rəislərinin Birləşmiş Komitəsinin sədri ilə görüşüb


17:37     05 Sentyabr 2020 20_09_05_1599313115.jpg

Azərbaycan Müdafiə Naziri general-polkovnik Zakir Həsənov Pakistan Silahlı Qüvvələrinin Qərargah rəislərinin Birləşmiş Komitəsinin sədri Nadim Raza ilə görüşüb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, görüş Moskva vilayətinin Alabino poliqonunda keçirilən Tank biatlonu Ordu İdman oyunları çərçivəsində baş tutub.

Zakir Həsənov və Nadim Raza görüşdən sonra Alabino Poliqonun dakı Dostluq Evindəki Azərbaycan stendi ilə tanış olublar. Pakistanlı general Azərbaycan bayrağını əlinə alaraq azərbaycanlı həmkarı ilə həmrəylik nümayiş etdirib.

Fərid Əkbərov

Açar sözlər:

Oxunub: 1324