Üç gündür itkin düşən Yusifin meyiti tapıldı
17:59 05 Sentyabr 2020
Sentyabrın 2-də Sumqayıtda itkin düşən uşağın meyiti tapılıb.
Femida.az -ın məlumatına görə, 10 yaşlı Yusif Davudovun meyiti bu gün Ceyranbatan su anbarından tapılıb.
Qeyd edək ki, sentyabrın 2-də Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Stansiya Sumqayıt adlanan ərazidə naməlum şəraitdə itkin düşən 2010-cu il təvəllüdlü Davudov Yusif Bəhlul oğlunun axtarışlarının aparılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub. İlkin olaraq, Sumqayıt Regional Mərkəzinin xilasetmə qrupu və polis əməkdaşlarının iştirakı ilə Y.Davudovun itkin düşdüyü ehtimal olunan ərazidə axtarış işlərinə başlanılıb. Uşağın Samur-Abşeron kanalına düşməsinə əsaslı şübhələr yarandığından Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Oxunub: 1191
Oxşar xəbərlər
- Ucarda üzərinə benzin tökərək yandıran əlil ölüb
- Üç istirahət mərkəzinin rəhbəri cərimələnib
- Ucarda piyadanı yük qatarı vurub öldürüb
- Üçtərəfli işçi qrupun növbəti iclası bu ay baş tutacaq
- Ucarda yol qəzasında ana və 7 aylıq körpəsi xəsarət alıb
- Ucar polisi əməliyyat keçirib, 4 nəfər saxlanılıb
- Ucarda 5 nəfərin xəsarəti ilə nəticələnən qəza baş verib
- Üç il əvvəl Kürdəmirdə qətl törədən şəxs həbs edilib
- Ucarda evlərdən 13 min manatlıq oğurluq edən şəxslər saxlanılıb
- Ucarda yeniyetmə oğlan qardaşını qətlə yetirib