Ermənistanda saxta araqdan zəhərlənərək ölənlərin sayı 17-yə çatıb


18:53     05 Sentyabr 2020 20_09_05_1599314468.jpg

Ermənistanda saxta spirtli içkidən zəhərlənənlərin sayı 46 nəfərə, ölənlərin sayı isə 17-yə çatıb.

Femida.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

“Avqustun 31-dən sentyabrın 5-dək Ermənistanda saxta spirtli içkidən (metanoldan) 46 zəhərlənmə hadisəsi qeydə alınıb, onlardan 17-si ölümlə nəticələnib”, - məlumatda deyilir.

Xatırladaq ki, avqustun 31-dən etibarən paytaxt Yerevan, eləcə də Armavir və Kotaykda saxta spirtli içkidən zəhərlənmələr qeydə alınır. Hadisələrlə bağlı artıq həbslər də başlayıb.

Açar sözlər:

Oxunub: 954