Lənkəranda 58 yaşlı kişi yanıq xəsarəti alıb
19:58 05 Sentyabr 2020

Lənkəran sakini ehtiyatsızlıqdan yanıq xəsarəti alıb.
“Report”un Cənub Mərkəzi xəbər verir ki, Kərgəlan kənd sakini, 1962-ci il təvəllüdlü İsgəndər Tofiq oğlu Cəfərov samovarı qaynatmaq istəyib.
O, samovarı alışdırmaq məqsədilə yanacaq kimi səhvən benzindən istifadə edib. Bu zaman əlindəki qabda olan benzin məhlulu alışaraq partlayıb. Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan İ.Cəfərova döş qəfəsinin, sağ əlin 2-ci, 3-cü dərəcəli termiki yanığı diaqnozu qoyulub və Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 1049
Oxşar xəbərlər
- Lənkəranda şəhid və qazi ailələrinə təsərrüfatlar yaradıldı
- Lənkəranda avtomobil piyadanı vuraraq öldürüb
- Baş Prokurorluq Lənkərandakı yanğınla bağlı açıqlama yayıb
- Lənkəranda baş verən yanğında 2 uşaq ölüb
- Lənkəranda evdə tiryəkxana aşkar edilib, 8 nəfər saxlanılıb
- Dövlət Agentliyi Lənkəranda Destinasiya Menecmenti Təşkilatını təqdim etdi
- Lənkəranda arvadını öldürən şəxs tutuldu
- Lənkəranda 17 yaşlı oğlan süni göldə batdı
- Lənkəranda ər arvadını qətlə yetirib
- Lənkəranda iki maşın toqquşub, ölən və yaralananlar var