İham Əliyevin getdiyi sirli diyar - FOTOLAR


16:36     11 Dekabr 2015 ilham%20eliyevvvvv.jpg

Yeraltı ordunun sirləri- Açılmayan qəbir, insanların qanı ilə yoğrulmuş heykəllər.


Niyə hələ də terrakot ordunun sirri açılmır?

Ölü imperatorun gözətçiləri


Terrakot ordusu Tyansan (Səma altı abidəsi), Böyük Çin səddi qədər Çinin simvoluna çevrilib.

Heykəllər ölü imperatorun mühafizəsi üçün hazırlanmışdı. Bu möhtəşəm abidənin hazırlanması üçün bütün ölkə bir neçə onillik bir yerdə zəhmət çəkmişdi.
Tarixin görmədiyi bir məbədin inşası üçün minlərlə insanın həyatı qurban getdi.
1974-cü ildə sadə çinli kəndli Yan Ci Van özü də bilmədən arxeologiya elmində inqilab etdi. O, Sian şəhərinin yaxınlığında artezian qazarkən abidəyə rast gəldi. Qısa zamanda arxeoloqlara xəbər verdi. Əraziyə gələn arxeoloqlar sensasiya ilə qarşı-qarşıya olduqlarını anladılar.

Hələ tarixçilər bu sirli məbəd haqda xəbərsiz idilər. Ancaq minlərlə terrakot müharibələrinin fakt olduğu müasir tarixə sirr deyildi.
Abidənin imperator Çin Şixuandinin dövründə inşa edildiyi məlum olsa da, haqqında bütün sirlər açılmayıb. Çin bu haqda dünyaya bütün sirləri açmamaqda israrlıdır.

Yeraltı dünya

Terrakot ordusu nəyi ifadə edir?





Müasir günümüzdə “ordu” 8099 piyada, 670 qoşqulu at, 130 çarxlı və 150 atlıdan ibarətdir. Hazırda dünyada heç kim yerin altında nə qədər fiqurun olduğu haqda təxminlərini belə deyə bilməz. Çünki bu, əbədi sirdir.

Arxeologiyanın terrakotu kəşfi 3 dəfəyə başa gəlib. Birinci məhhələ 1978-ci ildən 1984 –cü ilə qədər davam edir. Abidələrin üzərində bərpa işləri meydana çıxarılmasından daha çox vaxt və enerji alırdı. Hər gün ordu haqda yeni səhifələr açılırdı. İş getdikcə məlum olurdu ki, terrakot təkcə ordudan ibarət deyil. Arxeoloqlar bir neçə musiqiçi, akrobat, hətta məmur fiquru da tapdı. Aydın olur ki, yerin altında bizi bir neçə min kurqan, abidə çinlilərin Çin adlı böyük imperiyası var. 2009-cu ildə məqbərənin kəşfi 50 kvadrat kilometr ərazini əhatə etdi.

Ən qəribəsi odur ki, imperator Çin Şixuandinin möhtəşəm məqbərəsi iki min il niyə unudulub?

Abidənin inşasından tarixçi Sıma Çyan yetəri qədər yazmışdı. Lakin çinlilər abidənin harada olması haqda yalnız təxmin edə bilərdilər.
Bütün bu sirlərin bir səbəbkarı var: O da bizim eradan əvvəl 246-cı ildən 210-cu ilə qədər Çini idarə etmiş, Çin imperiyasının dəmir əli imperator Çin Şixuandidir.

Ölümsüzlük axtarışında

Elə də yüksək təbəqədən olmayan oğlan dövlət daxilindəki intriqaların nəticəsində hakimiyyətə gəlir. Yeniyetmə tez bir zamanda onu marionet kimi hakimiyyətə gətirən himayədarlarına özünü göstərir. Yetkinlik yaşına çatan kimi müstəqil qərarlar verməyə başlayır. Gənc knyaz tezliklə bütün Çin ərazisini öz rəhbərliyi altında birləşdirə bilir. Bu, ona bir neçə müharibəyə başa gəlir. Çin heç zaman öz prinsiplərindən dönmür. Qərarlarında qəti olur, himayədarlarına qulaq asmadan düzgün hesab etdiyi bütün hərbi qarşıdurmalara gedir. Beləliklə gənc lider həm hakimiyyətdə, həm də sadə insan həyatında ölümsüzlük axtarışına çıxır. O, saysız-hesabsız cadugər və öncəgörənləri ətrafına toplayır. Uzaq adalara əfsanə ardınca- ölümsüzlük eliksiri axtarmağa gedir. Həyatın ironiyası onu yarıyolda yaxalayır. Ölümsüzlük eliksiri axtaran imperator, 50 yaşını tamamlamadan ekspedisiya zamanı ölür.





O, özündən sonra ağır miras qoyur: Hakimiyyəti zamanı ağır represiyalara məruz qalanlar Çinə nifrət edirdi. İmperatorun ölümündən sonra ailə üzvləri məhv edildi. 4 əsrlik imperatorluq cəmi 4 il sonra hakimiyyətdaxili mübarizələrin sayəsində tənəzzülə uğradı.

Çin Şixuandinin məqbərəsi o öldükdən 100 il sonra salınıb. Hətta Çin Şixuandidən 100 il keçməyinə baxmayaraq qorxu özünü göstərib. Ordunun nizam-intizamı, piyadaların, atlıların, qoşqunun düzülüşü eyni ilə onun dövründəki kimi hazırlanıb. 40 min ordu üzvü məqbərədə özünü tapıb.

Sirlər isə yenə də davam edir. Yeraltı dünyada nələrin olduğunu, daha nə qədər hərbi gizlinlərinin qaldığını bütün dünya öyrənmək istəyir. Çin isə sirrini verməməyə israrlıdır.

Versiyalara görə Çinin əsrlərlə bəqbərə haqda dünyaya xəbər verməməyinin məsum səbəbləri olub. Çin xalqı öz tarixini, abidələrini düşmənlərdən, olacaq hücumlardan quruyub.

Adətlərin qurbanları
Bəs bu möcüzəni kimlər yaradıb?






Bu haqda tarixçisi Sıma Syan yazır ki, imperator “əsrin yaradılışı” üçün 700 min çinlini demək olar ki, ölümə göndərir. Yeraltı qazıntılar zamanı arxeoloqlar gildən lövhələr tapır. Bu lövhələrdə qeyd edilir ki, həmin 700 min müxətlif cür cinayət törətmiş insanlar idi. Tarixçilərin fikrinə görə, onlar daha çox vergidən yayınmaqda ittiham edilirdilər. Həmin dövrün qaydalarına görə, vergidən yayınmaq təkcə cinayət yox, həmdə dövlətə xəyanət idi.

Variantlar müxtəlifdir. Bir versiyaya görə, fəhlələrin işi 38 ildən çox davam etmişdi. İş çox ağır və sərt qaydalarda aparılırdı. Tarixə məlum olan faktlardan biri də ondan ibarətdir ki, məbədin tikilməsində, yəni ölüm düşərgəsinə rəhbərlik edən adam Luy Buvey olub. Bəzi mənbələrdə deyilir ki, bu şəxs imperatorun doğma, heç kimə məlum olmayan atası olub. Orada adi heykəllər yox, əsl sənət əsəri, insanın özü yaradılırdı. Heykəllərin ayaqlarına çox diqqət yetirilməsə də, üz quruluşu, burun, gözlər, qulaqlar bütün heykəllərdə individual idi. Heykəllər zərgər dəqiqliyində işlənir, əsl rəssam sənətkarlığı ortaya qoyulurdu. Uzun illərdən sonra komputer proqramları belə, iki heykəlin üz quruluşu haqda eynilik olmadığını sübut edib.


İmperatorun məbədi salmaqda əsas məqsədi əsrlərlə Çin mədəniyyət və ənənələrinə hopmuş insanın ölümdən sonrakı həyatı və allahlarına qovuşmaq əfsanələrini heçə salmaq idi. İmperatorun bu ideyası sayəsində minlərlə insan həyatı gilə qurban oldu, gilə çevrildi.

Möhürlənmiş qəbir

Tarixsevərlərə illərdir, bir sual rahatlıq vermir: İmperatorun bürünc qəbri niyə açılmır?




Əvvəlcə, təhlükəsizlik məsələlərini unutmayaq: İpmeratora nifrət edənlər saysız-hesabsız idi. O, özü də deyirdi ki, imperatorluğu hələ min nəsil də dəyişsə sevməyənlər tapılacaq. İmperatorun planlaşdırdığı ölümsüzlük təkcə tarixə yox, həm də nifrət də öz əskini tapmışdı: Təkcə tarix yox, nifrət də əbədi ola bilir.

Reallığa gəldikdə isə, gizliliyin qorunmasının əsas səbəbi yeraltı sərvətdir. Ehtimallara görı yerin altında gil heykəllərlə bərabər unikal sənədlər və qiymətsiz əşyalar- zinət, ipək kostyumlar və imperatorun nəşi də var.

Arxeoloqlar bu məsələdə həmişə ehtiyatlı davranır. Ehtiyatsız bir hərəkət belə, hətta qəfil külək də yeraltı məqbərəni, əsl xəzinəni məhv edə bilər.
Arxeloq və tarixçilər zərgər dəqiqliyi ilə bu məsələyə yanaşırlar. Onlar məsələyə arxefaktdan çox milli sərvət kimi yanaşırlar.
Ona görə də dünya bu sirrin açılacağı günü nə qədər gözləyəcəyini bilmir.





Qeyd edək ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Çində rəsmi səfərdə olub. Səfər zamanı bir çox dövlətlərarası maraqlar və Qarabağ məsələsi müzakirə edilib. Prezident Azərbaycan xalqının Çini yaxşı tanıdığını bildirib. İlham Əliyev həmçinin, tarixin sirr qutusu hesab edilən abidələrindən biri terrakot abidəsində də olub. O, qədim abidə haqda təəsuratlarını paylaşıb. Prezident qədim tarixi abidəni dünyanın tarix incilərindən biri kimi qiymətləndirib.


Günay Arda
Femida.az

Açar sözlər:

Oxunub: 6144