Dünyada koronavirusa yoluxma sayı 27 milyonu keçdi


10:19     06 Sentyabr 2020 20_09_06_1599373186.jpg

Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 27 milyon nəfəri ötüb.

Femida.az "Worldometers" portalına istinadən xəbər verir ki, dünya ölkələri üzrə virusa yoluxma sayı 27 milyon 66 min 533, pandemiya qurbanlarının sayı isə 883 min 744 nəfərə çatıb.

İndiyədək 19 milyon 170 min 146 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, COVID-19 virusu ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Pandemya 213 ölkədə qeydə alınıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1633