Hacıbala Abutalıbov: “Bakıda 42 villa sökülür”


02:46     24 May 2015 718376_4426894.jpg

Bakıda əsasən “Dostluq” parkının ərazisində olmaqla qanunsuz tikilən 42 villa sökülür.


Femida.az xəbər verir ki, bunu Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov ATV-ə deyib.

H.Abutalıbovun sözlərinə görə, villalarla bağlı böyük söküntü işləri gedir.

Bakı şəhər icra başçısı bildirib ki, bu villalar adi vətəndaşın imkanı hesabına tikilə bilməz: “Bunlar 5-10 milyonluq böyük tiklilərdir. Kimliyindən asılı olmayaraq qanunsuz hərəkət edən hər kəs cəzasını alacaq”.

Açar sözlər:

Oxunub: 872