Sumqayıt sakini narkotikin təsirindən ölüb


11:54     06 Sentyabr 2020 20_09_06_1599377853.jpg

Sumqayıtda küçədə meyit tapılıb.


APA-nın məlumatına görə, şəhərin 1-ci mikrorayon ərazisində küçədə kişi meyiti aşkarlanıb.

Aparılan araşdırma nəticəsində meyiti tapılan şəxsin 1-ci mikrorayon sakini 1980-ci il təvəllüdlü Cəfərov Asif Bünyad oğlu olduğu məlum olub.

Onun narkotik vasitənin təsirindən öldüyü bildirilir.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1488