Biləsuvarda 24 yaşlı qadını avtomobil vurub


18:32     06 Sentyabr 2020 20_09_06_1599402809.jpg

Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -ın məlumatına görə, hadisə Biləsuvar rayonunun Amankənd kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd sakini Rauf Əliyev idarə etdiyi "VAZ 2107" markalı minik avtomobili ilə kənd ərazisində hərəkətdə olarkən, həmkəndlisi, 1996-cı il təvəllüdlü Ələkbərova Nuridə Sakit qızını vurub.

Yaralı qadın müxtəlif bədən xəsarətləri alıb və Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 931