Bakının Sabunçu rayonunda yanğın hadisəsi baş verib


20:17     06 Sentyabr 2020 20_09_06_1599409102.jpg

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində açıq sahədə yanğın olması barədə məlumat daxil olub.

Bu barədə Femida.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi əraziyə cəlb olunub. İlkin məlumata görə, 600 m² sahədə qamışlıq yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Açar sözlər:

Oxunub: 1300