Şəmkirdə qonşusunu bıçaqlayan şəxsin kimliyi bilinib


09:52     07 Sentyabr 2020 bicaq_787.jpg

Şəmkir rayonunda bıçaqlanma hadisəsi olub.

Femida.az-ın məlumatına görə, Şəmkir rayon sakini, 1981-ci il təvəllüdlü Elpərəst Zamanov mübahisə zəminində qonşusu, 1990-cı il təvəllüdlü Rəşad Hüseynova daxilə keçməyən çoxsaylı bıçaq xəsarətləri yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib. Hadisəni törədən şəxsin isə saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 925