Prokurorluq orqanlarının əməkdaşları beynəlxalq tədbirdə


11:11     07 Sentyabr 2020 2020/09/43067-1599461908_1599462759.jpg

Prokurorluq əməkdaşları tərəfindən mütərəqqi beynəlxalq təcrübənin öyrənilməsinin təmin edilməsi istiqamətində görülən işlər çərçivəsində əməkdaşların mühüm beynəlxalq tədbirlərdə iştirakı təmin olunur.

Femida.az xəbər verir ki, cari ilin 31 avqust – 2 sentyabr tarixlərində onlayn platforma qaydasında (videoformat rejimində) Birləşmiş Millətlər Təşkilatının Korrupsiya əleyhinə Konvensiyasının (UNCAC) İcrası üzrə Nəzarət Qrupunun 11-ci sessiyasının birinci bərpa olunan iclası və Korrupsiyanın qarşısının alınması üzrə Açıq Hökumətlərarası İşçi Qrupun 11-ci sessiyası, habelə 2-4 sentyabr tarixlərində isə BMT-nin Baş Assambleyasının korrupsiyaya qarşı mübarizə üzrə Xüsusi sessiyasına (UNGASS 2021) hazırlıq məqsədilə UNCAC-a Tərəf Dövlətlərin 1-ci sessiyalararası görüşü keçirilib.

BMT-nin nümayəndələrinin, ABŞ, Böyük Britaniya, Avstraliya, Niderland Krallığı, Meksika Birləşmiş Ştatları, Peru Respublikası, Rusiya Federasiyası, Braziliya Federativ Respublikası, Çin Xalq Respublikası və Korrupsiya əleyhinə Konvensiyaya (UNCAC) tərəf olan digər dövlətlərin təmsilçilərinin 31 avqust – 2 sentyabr tarixlərində qatıldığı tədbirdə Azərbaycan Respublikasının nümayəndə heyəti qismində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi Natiq Eyvazov və həmin idarənin prokuroru Elşən Orucov, 2-4 sentyabr tarixlərində keçirilmiş digər görüşdə isə idarənin rəis müavini İsfəndiyar Hacıyev, prokuror Kamil Kamilli, habelə Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Səfirliyinin birinci katibi Şahin Şahyarov da iştirak edib.

31 avqust – 2 sentyabr tarixlərində keçirilən tədbirdə UNCAC-ın İcrası üzrə Nəzarət Qrupunun 11-ci sessiyasının birinci bərpa olunan iclası zamanı korrupsiyanın qarşısının alınması və bu istiqamətdə hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən tədbirlər, eləcə də Konvensiyanın icra vəziyyəti ilə bağlı məlumat mübadiləsi aparılıb, Korrupsiyanın qarşısının alınması üzrə Açıq Hökumətlərarası İşçi Qrupun iclasında isə rüşvətxorluğa qarşı mübarizə üzrə əldə olunan müsbət təcrübə və təşəbbüslər mövzularında müzakirələr aparılıb.

2-4 sentyabr tarixlərində keçirilən görüş zamanı BMT-nin UNGASS 2021 tədbiri ilə bağlı aparılmış işlər, COVID-19 pandemiyası zamanı korrupsiyanın qarşısının alınması üzrə Tərəf Dövlətlərin qarşılaşdığı çətinliklər, o cümlədən qəbul olunması planlaşdırılmış Siyasi Bəyannamə layihəsi ətrafında müzakirələr aparılıb.


Femida.az

Açar sözlər:

Oxunub: 763