Bu qanuna "müəllim köməkçisi" anlayışı daxil ediləcək


14:00     07 Sentyabr 2020 20_09_07_1599472907.jpg


“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” qanuna dəyişiklik təklif olunur.

Femida.az bildirir ki, dəyişikliklə qanunun əsas anlayışlar bölməsinə 1.0.16-cı və 1.0.17-ci maddələr əlavə edilir.

1.016. müəllim köməkçisi – inklüziv təhsilin həyata keçirildiyi ümumi təhsil müəssisələrində pedaqoji prosesin təşkilində müəllimə kömək edən ixtisaslı mütəxəssis;

1.0.17. stasionar təhsil – uzunmüddətli müalicədə olan şəxslər üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada ümumi təhsilin müalicə müəssisələrində müvafiq təhsil proqramlarına uyğun təşkili.

Femida.az

Açar sözlər: #müəllim   #köməkçi   #təhsil  

Oxunub: 1198