Narkotacirdən 11 kq marixuana götürülüb


15:09     07 Sentyabr 2020 20_09_07_1599477721.jpg


Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan A. Aşumov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 11 kiloqram 800 qram marixuana aşkar edilərək götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 938