“07”lərlə avtoxuliqanlıq edən 5 dost saxlanıldı


15:55     07 Sentyabr 2020 20_09_07_1599480081.jpg


Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıb.


DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Femida.az-a verilən məlumata görə, rayon sakinləri: Tural Rüstəmli, İlkin Əhmədzadə, Hüseyn Tağıyev, Azər Bəhlulzadə və Fikrət Bağırovun əvvəlcədən planlaşdıraraq, qrup şəklində ümumilikdə 5 ədəd “VAZ 2107” markalı avtomobil karvanı ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdikləri və bu hərəkətləri video görüntüyə alıb müxtəlif sosial şəbəkələrdə yerləşdirdikləri məlum olub.

Saxlanılan şəxslər barəsində inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.



Femida.az

Açar sözlər:

Oxunub: 800


Oxşar xəbərlər