Vətəndaş problemini həll etdiyi üçün prokurorluğa təşəkkür etdi - VİDEO


16:08     07 Sentyabr 2020 2020/09/soz_prok_1599480695.jpeg


Vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə daim prokurorluq orqanları tərəfindən müraciətlərin müsbət həlli, habelə pozulmuş vətəndaş hüquq və azadlıqlarının bərpası istiqamətində kompleks tədbirlər görülür.

Femida.az xəbər verir ki, Baş Prokurorluğun sosial şəbəkə hesablarında paylaşımların şərh bölmələrində, eləcə də birbaşa məktub vasitəsilə prokurorluq orqanlarına şikayət edərək müraciəti müsbət həll olunmuş çoxsaylı vətəndaşlar öz məmnunluqlarını ifadə edirlər.

Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən qeyd olunanlarla bağlı #sözvətəndaşda həştəqi altında videoların hazırlanaraq ictimaiyyətə təqdim olunması qərara alınıb.

Baş Prokurorluqdan bildirilib ki, vətəndaş məmnuniyyətinin təmin olunması prokurorluq orqanları üçün hər zaman prioritet məsələdir.

Açar sözlər: #prokurorluq  

Oxunub: 1118