Məktəbli qız özünü üçüncü mərtəbədən atıb - Vəziyyəti ağırdır


16:27     07 Sentyabr 2020 klinika.jpg


313 nömrəli məktəbin 9-cu sinif şagirdi intihara cəhd edib.

Femida.az xəbər verir ki, o, özünü məktəbin üçüncü mərtəbəsindən atıb. Hazırda vəziyyəti ağır-stabil qiymətləndirilir. Bu barədə TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, məktəbli qapalı kəllə-beyin travması, 12-ci döş fəqərəsinin sınığı və sol baldır sümüyünün açıq sınığı diaqnozu ilə xəstəxanaya çatdırılıb: “Hazırda onun müalicəsi Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir”.

Xatırladaq ki, məktəb şagirdin atası qızının məktəbdə texniki işçi kimi işləyən anasının yanına getdiyini, orada yıxıldığını bəyan etmişdi.

Femida.az

Açar sözlər:

Oxunub: 1278