Bərdədə yeni doğulan uşaq öldü - Cinayət işi başlanıldı
16:49 07 Sentyabr 2020
Sentyabrın 5-də saat 09 radələrində Bərdə rayonu, Mirzalıbəyli kənd sakini Aytac Qasımovanın yeni doğulmuş uşağının ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bərdə rayon prokurorluğundan Femida.az-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla 2000-ci il təvəllüdlü Aytac Qasımovanın sentyabrın 4-də saat 16 radələrində doğuş sancıları ilə Bərdə doğum evinə qəbul edilməsi, həmin gün qeysəriyyə əməliyyatı aparıldıqdan sonra sağlam uşağın doğulmasına baxmayaraq həkimlərin səhlənkarlığı nəticəsində yeni doğulmuş uşağın ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Femida.az
Oxunub: 1372
Oxşar xəbərlər
- Kürdəmirdə 2 yaşlı körpə zəhərlənib
- Xaçmazda 7 aylıq körpə yıxılaraq ölüb
- Bakıda körpəsini həyətə tullayan şəxs barəsində 4 ay həbs qətimkan tədbiri seçilib
- Bakıda qadının körpə bacısını diləndirməsi faktı aşkarlanıb
- Ucarda yol qəzasında ana və 7 aylıq körpəsi xəsarət alıb
- Bakıda 3 yaşlı körpəni avtomobil vurub
- Samuxda ev yanıb, körpə xəsarət alıb
- Gəncədə ananın nəzarətsiz qoyduğu körpə ilə bağlı araşdırmalara başlanılıb
- Bakıda 15 yaşlı qız uşaq dünyaya gətirib, özü və körpəsi ölüb
- Bakıda bir ailənin iki körpə övladı dəm qazından zəhərlənib