Azərbaycanda yoluxma 100-dən aşağı düşdü


17:07     07 Sentyabr 2020 20_09_07_1599484095.jpg


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 89 yeni yoluxma faktı qeydə alınıb, 132 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.


Bu barədə Femida.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 37 418 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 34 837 nəfər müalicə olunaraq sağalıb, 551 nəfər vəfat edib, aktiv xəstə sayı 2 030 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 936, bu günə qədər isə ümumilikdə 967 040 test icra olunub.



Femida.az

Açar sözlər: #koronavirus  

Oxunub: 1318