Peşə təhsili müəssisələrində işləyənlər attestasiyadan keçiriləcək


17:23     07 Sentyabr 2020 20_09_07_1599484410.jpg


Azərbaycanda peşə təhsili müəssisələrində işləyən təhsilverənlərin attestasiyadan keçirilməsi təklif edilir.

Femida.az-ın xəbərinə görə, bununla bağlı Əmək Məcəlləsinin 66-cı maddəsinə (Attestasiya olunmayan işçilər) dəyişiklik olunacaq.

Dəyişikliklə peşə təhsili müəssisələrində işləyən təhsilverənlər attestasiyası keçirilməyənlərin siyahısından çıxarılır.

Qeyd edək ki, hazırkı qanunvericiliyə əsasən aşağıdakı işçilərin attestasiyası keçirilmir:

Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilər;

Azərbaycan Respublikasında dövlət ümumi təhsil və peşə təhsili (tam orta təhsil üzrə təhsilverənlərə münasibətdə) müəssisələrində işləyən təhsilverənlər.

Femida.az

Açar sözlər:

Oxunub: 1655