Zaqatalada yük və minik maşınları toqquşub, xəsarət alan var


18:22     07 Sentyabr 2020 2020/09/1599487757376_Qu6w1jj3_1599488582.jpg

Zaqatalada yük maşını ilə minik avtomobili toqquşub.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə Zaqatala-Muxax avtomobil yolunda baş verib.

“VAZ 2106” markalı minik avtomobili ilə benzin daşıyan yük maşınının toqquşması nəticəsində rayonun Muxax kənd sakini, 1986-cı il təvəllüdlü Yasəmən Qurban qızı Əliyeva müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

Y. Əliyeva Zaqatala Rayon Mərkəzi Xəstəxanasında cərrahiyyə əməliyyatı olunub, müalicəsi reanimasiya şöbəsində aparılır. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1277