Sahibə Qafarova Türkiyəyə gedir - Ərdoğanla görüşəcək
10:15 08 Sentyabr 2020
Sentyabrın 10-da Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti ilk rəsmi səfərini Türkiyə Respublikasına edəcək.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Femida.az-a verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, komitə sədri Ziyafət Əsgərov, deputatlardan Sevil Mikayılova, Fazil Mustafa, Elşən Musayev, Tural Gəncəliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.
Səfər zamanı nümayəndə heyətinin üzvləri Türkiyə Böyük Millət Məclisində parlamentin fəaliyyəti, qanun yaradıcılığı prosesi ilə yaxından tanış olacaq, Türkiyəli həmkarları ilə fikir mübadiləsi aparacaqlar.
Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin Sədri cənab Mustafa Şentopla görüşəcək. Görüşdə parlamentlərarası əlaqələrin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri, ikitərəfli əməkdaşlığımızın daha da genişləndirilməsi, hər iki ölkənin birgə həyata keçirdiyi qlobal layihələrin reallaşması, regional münaqişələrin həlli yolları parlament müstəvisində müzakirə ediləcək.
Milli Məclis Sədri Sahibə Qafarovanın Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.
Səfər müddətində Milli Məclisin sədrinin başçılıq etdiyi parlament nümayəndə heyəti Ankarada “Anıtkabiri” ziyarət edəcək, şəhərin tarixi yerləri ilə tanış olacaqlar.
Səfər sentyabrın 12-də başa çatacaq.
Femida.az
Oxunub: 1030
Oxşar xəbərlər
- Sahibə Qafarova Gürcüstanın Baş naziri ilə görüşüb
- Sahibə Qafarova Gürcüstana rəsmi səfər edəcək
- Sahibə Qafarovanın başçılığı ilə nümayəndə heyəti Estoniyaya səfərə gedib
- Sahibə Qafarova ilə İranın xarici işlər naziri arasında görüş olub
- Sahibə Qafarova: "Biz müharibədən yox, sülhdən, gələcəkdən danışmaq istəyirik"
- Sahibə Qafarova BQXK rəsmisi ilə Ermənistanın mina xəritələrini verməməsini müzakirə edib
- Sahibə Qafarovanın Rusiyaya səfər proqramı açıqlanıb
- Sahibə Qafarova Milli Məclis adından Türkiyəni təbrik edib
- Sahibə Qafarova Monteneqro Parlamentinin sədri ilə görüşüb
- Sahibə Qafarovanın Yunanıstana işgüzar səfəri başlayıb