DİM Cəlilabaddakı imtahanla bağlı müraciət yaydı


10:18     08 Sentyabr 2020 2019/01/dim_yeni_1548059111.jpg

Dövlət İmtahan Mərkəzi (DİM) sentyabrın 10-da Cəlilabad rayonu, Ocaqlı kəndi, 1 nömrəli tam orta məktəbdə buraxılış imtahanı verməli olan şagirdlərə müraciət edib.
DİM-dən Femida.az-a bildirilib ki, Ocaqlı kəndində olan hazırkı sanitar-epidemioloji vəziyyətlə əlaqədar həmin kəndin 1 nömrəli orta məktəbində keçirilməsi nəzərdə tutulan buraxılış imtahanı Cəlilabad rayonu, 1 nömrəli Sabirabad kənd orta məktəbində keçiriləcək:

“Bu günə qədər imtahana buraxılış vərəqəsini çap etmiş şagirdlərdən xahiş olunur ki, DİM-in saytına daxil olub yenilənmiş “İmtahana buraxılış vərəqəsi”ni çap etsinlər.

Sentyabrın 10-da Cəlilabad rayonu, Ocaqlı kəndi, 1 nömrəli tam orta məktəbdə imtahan verməli olan şəxslər, buraxılış imtahanını Cəlilabad rayonu, 1 nömrəli Sabirabad kənd orta məktəbində verəcəklər".



Femida.az

Açar sözlər:

Oxunub: 949