Qəbələdə dağlıq ərazidə köməksiz qalan 5 nəfər xilas edilib


11:21     08 Sentyabr 2020 2020/09/c_1599550303.jpg

Qəbələ rayonunun Laza kəndində dağlıq və meşəlik ərazidə 5 nəfər köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, vətəndaşların olduğu dəqiq yer müəyyən olunduqdan sonra, nazirliyin Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri həmin əraziyə cəlb olunub.

Vətəndaşlar xilasedicilərin köməkliyi ilə təhlükəsiz əraziyə endirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 978