Virtual məktəbdə qeydiyyat müvəqqəti dayandırılır
11:50 08 Sentyabr 2020
Sentyabrın 8-dən etibarən “Virtual məktəb”də qeydiyyat prosesi müvəqqəti olaraq dayandırılır.
Təhsil Nazirliyindən Femida.az-a verilən məlumata görə, qeydiyyatın dayandırılması yeni tədris ilinin başlanması ilə əlaqədar profilaktik işlərin aparılması məqsədi daşıyır.
Qeydiyyat sistemi sentyabrın 14-dən etibarən yenidən aktivləşəcək.
Qeyd edək ki, bu müddət ərzində qeydiyyatdan keçmiş və “Virtual məktəb” platformasında artıq mövcud istifadəçi profili olan müəllim və şagirdlər sistemdən istifadə edə biləcəklər.
Oxunub: 853