“Mercedes” qadını vurub öldürdü


12:22     08 Sentyabr 2020 piyada%20qadin.jpg

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, sentyabrın 7-də saat 21 radələrində Abşeron rayonunun Ceyranbatan qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini C.Həşimov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qadını vurub.

Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 907