Azərbaycan pandemiyaya görə ən təhlükəsiz ölkələr sırasında


13:08     08 Sentyabr 2020 1426079192_turistbaki.jpg


“Deep Knowledge Group” təşkilatı koronavirusla bağlı dünyanın ən təhlükəsiz ölkələrinin siyahısını hazırlayıb.

Araşdırma 100 ölkəni əhatə edib.

Azərbaycan siyahıda 59-cu yeri tutub.

Qonşu ölkələrdən Türkiyə 36-cı, Gürcüstan 40-cı, Rusiya 45-ci, Ermənistan isə 73-cü sırada qərarlaşıb.

Ən təhlükəsiz beş ölkə kimi Almaniya, Yeni Zelandiya, Cənubi Koreya, İsveçrə, Yaponiya göstərilib.

Koronavirusun yayılması baxımından ən çətin vəziyyət Somalilend, Cənubi Sudan, Əfqanıstan və Malidədir.

Araşdırma müəllifləri bildiriblər ki, reytinq bir sıra tibbi, iqtisadi və siyasi aspektlər nəzərə alınaraq tərtib edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1960