DSX vəzifəlilərinin həbs müddəti uzadıldı - MƏHKƏMƏ


13:25     08 Sentyabr 2020 2020/08/mehkeme_esas_1597837766.jpg


Bakı Hərbi Məhkəməsində Dövlət Sərhəd Xidmətinin (DSX) həbs olunan vəzifəli şəxsləri – Sakit Muradov, Samiq Əzizov, Nemət Pənahov, Elçin Vəliyev, Müzəffər Namazov, Abdulla Abdullayev, Xalis Quliyevin barələrində seçilən həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.


APA-nın məlumatına görə, hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, istintaq orqanın təqdimatı təmin edilib və təqsirləndirilən şəxslər barəsində seçilən həbs qətimkan müddəti 3 ay, dekabrın 12-ə qədər uzadılıb.

Femida.az

Açar sözlər: #DSX   #sərhəd   #vəzifəli  

Oxunub: 1893