“Oba Market” və “Al Market” karantin qaydalarını pozub
18:11 08 Sentyabr 2020
Yasamal rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Oba Market” və “Al Market” mağazalarında karantin qaydalarına nəzarət etmədiyinə görə inzibati protokol tərtib edilib.
Femida.az -ın məlumatına görə, polis əməkdaşları mağazalar barəsində İnzibati Xətalar Məcəlləsinin 211.2-ci (Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə) maddəsinə əsasən yazılan protocol tərtib edib.
Protokola Yasamal Rayon Məhkəməsində baxılacaq.
Oxunub: 1160