Daşkəsəndə qadın dərmandan zəhərlənib


19:54     08 Sentyabr 2020 20_09_08_1599580524.jpg

Daşkəsəndə zəhərlənmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, rayonun Qabaqtəpə kəndində 1961-ci il təvəllüdlü Almaz Əkbərova bilmədən mal-qaranı dezinfeksiya etmək üçün istifadə edilən "Niastol" adlı kimyəvi məhlulu içib. Dərhal xəstəxanaya yerləşdirilən qadının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 959