Türkiyədə son sutkada koronavirusdan 52 nəfər ölüb


20:12     08 Sentyabr 2020 20_09_08_1599584308.jpg

Türkiyədə son sutka ərzində koronavirusdan 52 nəfər ölüb.

Femida.az -ın xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca “Twitter” səhifəsində yazıb.

Nazir bildirib ki, son 24 saatda 110 565 şübhəli koronavirus testindən keçib, onlardan 1761-nin cavabı pozitiv çıxıb, ağır xəstə sayı 1159 nəfər olub, 1093 xəstə isə sağalaraq evə buraxılıb.

Türkiyədə ümumilikdə 283 270 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 253 245 nəfər sağalıb, 6782 nəfər ölüb.

Açar sözlər:

Oxunub: 1134