Polis “Kontakt Home”da karantin qaydaları pozulduğu üçün protokol tərtib edib


21:19     08 Sentyabr 2020 20_09_08_1599584687.jpg

Gəncə şəhər Kəpəz rayon Polis Şöbəsi "ABC Telekom” MMC (“Kontakt Home” mağazalar şəbəkəsi) barəsində karantin qaydalarına nəzarət etmədiyinə görə inzibati protokol tərtib edilib.

Femida.az -ın məlumatına görə, polis əməkdaşları mağaza barəsində İnzibati Xətalar Məcəlləsinin 211.2-ci (Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə) maddəsinə əsasən yazılan protokol tərtib edib.

Protokola Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsində baxılacaq.

Açar sözlər:

Oxunub: 1006