Bakıda orta yaşlı kişi bıçaqlanıb


09:19     09 Sentyabr 2020 bicaq.jpg

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Femida.azxəbər verir ki, hadisə Bilgəh qəsəbəsində qeydə alınıb.

1983-cü il təvəllüdlü Məmmədov Vüqar Əkrəm oğlu qonşusu ilə əlbəyaxa dava zamanı bıçaqlanıb.

Yaralı V.Məmmədov xəstəxanaya yerləşdirilib.

Faktı Sabunçu Rayon Polis İdarəsi araşdırır.

Açar sözlər:

Oxunub: 918